16 Haziran 2011 Perşembe

kör arabın mahnisi



nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı. nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı. könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət... nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı. nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət? bu zülmə qarşı nolur bir də bir ədalət olaydı. tükəndi taqətü səbrim, ədalət! ah, ədalət! nə öncə öylə səadət, nə böylə zillət olaydı

Hiç yorum yok: